Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    COP29-un ilk rəsmi tərəfdaşları açıqlandı

    13 Sentyabr 2024 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    COP29-un ilk rəsmi tərəfdaşları açıqlandı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Azərbaycanda keçiriləcək COP29-un ilk rəsmi tərəfdaşlar açıqlanıb.

    COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən AzerVoice-yə verilən xəbərə görə, onların arasında Strateji təsir üzrə Tərəfdaş “PASHA Holding” və Dayanıqlı inkişaf üzrə Tərəfdaş “Azersun Holding” kimi Azərbaycan şirkətləri yer alır. Bu tərəfdaşlıq sözügedən şirkətlərin dayanıqlı fəaliyyət və qlobal iqlim hədəflərinə kollektiv sadiqliyini nümayiş etdirir.

    Yerli tərəfdaşlar Azərbaycanın Milli Öhdəlik Proqramında iştirak edir. Bu proqramın məqsədi COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təklif olunan məsləhət və təlim sessiyalarında iştirak etməklə, peşəkar bacarıqları və resursların idarə olunmasını artırmaq üçün iqlim hədəflərinə nail olunması, gələcək ekoloji, sosial və korporativ idarəetmə (ESG) strategiyalarının formalaşdırılması və yerli tərəfdaşlıq meyarlarına uyğunluq baxımından Azərbaycan şirkətlərinin daxili potensialının qiymətləndirilməsidir

    Yaradılan bu imkandan istifadə etməklə, Tərəfdaşlar qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərinin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm həlledici rolunümayiş etdirə bilərlər.

    COP29-da sözügedən Tərəfdaşlara builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.

    Tərəfdaşların birgə səyləri sayəsində COP29 Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək. Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, şəbəkələşmə imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.

    Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli və çoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi və şəbəkələşmə imkanlarını təklif edir.

    COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova tərəfdaşlarının elan edilməsi ilə bağlı qeyd edib: “Mən “Pasha Holding” və “Azersun Holding” şirkətlərini Azərbaycanda keçiriləcək COP29 tədbirində ilk rəsmi tərəfdaşları kimi salamlayıram. Builki COP beynəlxalq iqlim siyasətlərinin müzakirəsi, iqlim fəaliyyətinin təşviqi və həm dayanıqlı, həm də davamlı gələcəknaminə qlobal əməkdaşlıq üçün mühüm platforma olacaq. Tərəfdaşlarımız COP29 çərçivəsində bu ambisiyanı həyata keçirməyimizə dəstək baxımından mühüm rol oynayacaqlar və biz faydalı iqlim fəaliyyəti naminə sıx əməkdaşlıq edəcəyimizə ümid bəsləyirik.”

    “PASHA Holding” şirkətinin Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev qeyd edib: “COP29 tədbiri “PASHA Holding” şirkəti tərəfindən həyata keçirilən dayanıqlılıq fəaliyyətləri baxımından mühüm rol oynayacaq. Bu səbəbdən, biz bu il Bakıda keçiriləcək COP29 konfransının Strateji təsir üzrə Tərəfdaşı olmaqdan qürur duyuruq. Biz daha çox məlumat toplamaq və təcrübə mübadiləsi aparmaq üçün dünya liderləri və maraqlı tərəflərlə çalışmağa, eləcə də daha firavan və dayanıqlı dünya naminə konstruktiv əməkdaşlıq və irəliləyiş imkanlarını araşdırmağa can atırıq.”

    “Azersun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl bildirib: “COP29 tədbirinin tərəfdaşı olmaq “Azersun” şirkətinin dayanıqlılığa olan sarsılmaz əzmkarlığının göstəricisidir. İnanırıq ki, qlobal liderlərlə birlikdə çalışmaqla, biz əhəmiyyətli dəyişikliyə nail ola və hamımız üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz səbirsizliklə COP29 Yaşıl Zonasında keçirəcəyimiz görüş və fəaliyyətləri gözləyirik”.

    COP29-un ilk rəsmi tərəfdaşları açıqlandı
    #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

    9 May 2026 18:54

    Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

    4 May 2026 19:22

    Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

    4 May 2026 18:03

    Tarixdə bu gün – 13 Aprel

    13 Aprel 2026 00:02

    Kosmosa ilk insan uçuşu, Amerika vətəndaş müharibəsi və Franklin Ruzveltin vəfatı: 12 aprel hadisələri

    12 Aprel 2026 00:01

    İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

    13 Mart 2026 13:12

    Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

    5 Fevral 2026 11:59

    Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı Energetika Nazirliyində iclas keçirildi

    29 Yanvar 2026 10:52

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

    14 Yanvar 2026 17:04

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30
    XƏBƏR LENTİ

    Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

    Tirdəki İsrail hücumunda ölənlərin sayı 9-a çatdı, 28 nəfər yaralandı

    ABŞ mərkəzi komandanlığı qəzanı təsdiqləyir

    Netanyahunun İran üçün “ömürlük layihəsi” tamamilə “uçub getdi”

    Hizbullah Livan hakimiyyətlərini İranla münasibətlərini düzəltməyə çağırır

    İsrail ordusu Qəzzada iki Fələstin İslami Cihad komandirinin öldürüldüyünü iddia edir

    İsrail donanması Qəzza sahilində doqquz balıqçını həbs edib

    İran bildirir ki, ABŞ Dünya Çempionatında azarkeşlər üçün ayrılan biletləri ləğv edib

    BMT hesabatı: Qəzza və Qərb sahilində insan hüquqları pozulur

    Fələstinlə bağlı alternativ sxemlər: Rusiya indi nə etməyə çalışır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.