Bakı. AzerVoice:
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.
AzerVoice xəbər verir ki, görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.
Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

