Bakı. AzerPress:
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla bağlı axtarış-xilasetmə işləri bitib.
Bu barədə AzerPress-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki partlayış nəticəsində 24 nəfər xəsarət alıb, 9 nəfər isə həlak olub. Faklta bağlı cinayət işi açılıb, araşdırma aparılır.