Bakı. AzerPress:
Türkiyənin Kastamonu vilayətində 95 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
AzerPress xəbər verir ki, yataqxanada qalan tələbələrin toyuq tantunidən zəhərləndikləri deyilir.
Belə ki, axşam saatlarında tantuni yedikdən sonra tələbələrdə ürəkbulanma, ishal və qusma kimi şikayətlər baş verib.
Kastamonu valiliyinin açıqlamasına görə, 95 tələbədən 72-nin xəstəxanada müalicəsi davam etdirilir, heç bir həyati təhlükələri yoxdur. Hadisə ilə bağlı araşdırma və təhqiqatlar davam edir.