Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq / Fələstin
    Fələstin

    İsrail əsgəri Allahu Əkbər qışqıraraq intihara cəhd edib

    12 Fevral 2025 19:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail əsgəri Allahu Əkbər qışqıraraq intihara cəhd edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İsrail əsgəri Allahu Əkbər qışqıraraq intihara cəhd edib,AzerVoice xəbər verir ki, məlumata əsasən adı açıqlanamayan əsgərin daha öncə Qəzza zolağınd döyüşdüyü və eyni zamanda psixoloji problemlərinin olduğu bəlli olub.

    İntihara cəhd edən əsgər digər əsgərlərə araslında təşviş yaradıb və daha sonra digər əsgər yoldaşı tərəfindən zərəzsizləşdirilib.

    İnsident keçən həftə yaralansa da, bu məlumat bu gün yayılıb. Araşdırma zamanı onun müharibədən psixoloji travma aldığı və bu səbəbdən digər əsgərlərin onu vuraraq öldürməsi üçün bu addımı atdığı ortaya çıxıb.

    Məlumata görə, atəş açan əsgər, Qəzza zolağı ilə İsrailin "Qəzza ətrafı" kəndləri arasında sərhədi qoruyan "Netsah Yehuda" adlı dindar əsgərlər dəstəsində xidmət edirdi. Bu dəstə, Qəzzadan sərhədə yaxınlaşmağa çalışan hər kəsə ölümcül atəş açmaq əmri almışdı. İsrail sərhəd boyunca təxminən bir kilometr enində təhlükəsizlik zolağı yaradıb və bu bölgəyə yaxınlaşmaq qadağandır.

    İntiharların artması

    İsrail ordusunun qiymətləndirmələrinə görə, Qəzzada müharibə zamanı orduda intihar halları artıb. 38 əsgər öz həyatına son qoyub, onlardan 16-sı ehtiyatda olan əsgərlərdir. Bu, onilliklər ərzində ən yüksək göstəricidir.

    2021-ci ildə 11 əsgər, 2022-ci ildə isə 14 əsgər intihar edib. 2023-cü ildə bu rəqəm 19-a çatıb, 2024-cü ildə də 19 intihar halı qeydə alınıb.

    İsrail ordusunun sözçüsü orduda intihar hallarının qarşısını almaq üçün tədbirlər görüldüyünü bildirib. Bu tədbirlərə 2023-cü ilin oktyabrından etibarən 24/7 fəaliyyət göstərən qaynar xətt daxildir. Həmin xəttə indiyə qədər 3900-dən çox zəng daxil olub.

    Həmçinin, İsrail Müdafiə Qüvvələri müharibə dövründə 800-dən çox ehtiyatda olan psixoloqu xidmətə çağırıb.

    Digər tərəfdən, "Qəzza müharibəsinin ictimaiyyətə təsiri"ni araşdıran Ruvin İnstitutunun apardığı araşdırmanın nəticələrinə görə, israillilərin 82 faizi ölkənin vəziyyətindən narahatdır.

    Sorğuda iştirak edənlərin 50 faizi yuxu pozuntusundan, 27 faizi itki hissi və neqativ düşüncələrdən əziyyət çəkdiklərini bildirib.

    Bu həftənin əvvəlində dərc olunan nəticələrə əsasən, israillilərin 29 faizi müəyyən dərəcədə depressiya hiss etdiklərini, 23 faizi isə qorxu halları yaşadıqlarını bildirib.

    #Qəzza #İsrail ordusu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qəzza şəhərinə endirdiyi zərbədə qadınlar və uşaqlar yaralanıb

    8 İyun 2026 20:46

    Qəzzada ölənlərin sayı 72 min 980 nəfərə çatdı

    8 İyun 2026 18:00

    İsrailin hərbi addımlarına qarşı beynəlxalq məhdudiyyət varmı?

    6 İyun 2026 21:16

    Həmas Qəzza şəhərində İsrailin “dəhşətli qırğınını” pisləyib

    6 İyun 2026 20:16

    Qəzzada toy çadırına hücum nəticəsində ölənlərin sayının artacağı gözlənilir

    6 İyun 2026 19:41

    İsrail qüvvələri Qəzzada uşaq xəstəxanasının yaxınlığında atəş açıb

    6 İyun 2026 18:06

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    5 İyun 2026 22:50

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    5 İyun 2026 22:32

    İsrail ordusu Qəzzadakı “Təhlükəli döyüşçünü” ələ keçirdiyini bildirdi

    5 İyun 2026 18:36

    Bu gün altıgünlük müharibə başladı

    5 İyun 2026 03:00

    Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

    4 İyun 2026 21:56

    İranın əvvəlki hücumları müdafiə məqsədli idi?

    4 İyun 2026 19:11
    XƏBƏR LENTİ

    Niyə Pentaqon Alibabaya qarşı sanksiya tətbiq edir?

    Hizbullahdan Livana çağırış: İranla münasibətlər yenidən nəzərdən keçirilməlidir

    Türkiyə artıq başqalarının yazdığı ssenaridə rol oynamır - Ərdoğan

    ABŞ İranın Dünya Çempionatı biletlərini əlindən aldı?

    Avropadan İsrailə hüquqi zərbə: İtaliyadan sonra Fransa da Ben-Qvir barəsində istintaq başlatdı

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    Ukrayna ilə Aİ arasında yeni fikir ayrılığı yaranıb

    İran məsələsində İsrail ilə maraqlarımız fərqlidir - Vens

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    Şimali Koreya qlobal böhranlardan necə qazandı? Pxenyanın gözlənilməz iqtisadi yüksəlişinin pərdəarxası

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.