Biznes

2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub. “Keçən ilin dekabr ayında Türkiyə 782 milyon 187 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 9 milyard 408 milyon 630 min dollar məbləğində tekstil ixrac edib.

Keçən ilin noyabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artaraq 3 milyard 470 milyon 320 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – noyabr ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 0,6 faiz artaraq, 36 milyard 547 milyon 944 min dollar olub. “Keçən ilin noyabr ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 4 milyard 465 milyon 696 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Keçən ilin noyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 9,5 faiz azalaraq 751 milyon 556 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – noyabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 4,1 faiz azalaraq, 8 milyard 819 milyon 618 min dollar olub. “Keçən ilin noyabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1 milyard 121 milyon 82 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Keçən ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard 54 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq 22 milyard 536 milyon dollar, idxalı isə 2,6 faiz artaraq 30 milyon 518 min dollar olub. “Keçən ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 576 milyard 928 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Amerika–Azərbaycan Ticarət Palatası (USACC) Palatanın 30 illiyi münasibətilə ABŞ–Azərbaycan ticarət və biznes konfransı keçirəcək. Martın 10-da baş tutacaq konfrans ABŞ və Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli nümayəndələrini, biznes dairələrini, investorları və maliyyə sektorunun təmsilçilərini bir araya gətirəcək. Konfrans iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin müzakirəsinə həsr olunacaq.

Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından 12 milyon 379 min 395 ton kənd təsərrüfatı məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 375 min 553 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 12 milyon 3 min 846 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından tranzit olaraq kənd təsərrüfatı məhsulları 26 milyon 252 min 758 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

2025-ci ilin yanvar- noyabr aylarında Yunanıstandan Türk limanlarına 6 milyon 735 min 813 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Yunanıstandan Türkiyə limanlarına 625 min 785 ton yük daşınıb. “Bu ilin yanvar- noyabr aylarında Yunanıstandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 5 milyon 933 min 469 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 83 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 318 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 41 milyon 110 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (67) qeydiyyata alınıb.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azalaraq, 19 milyon 127 min 72 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz azalaraq,1 milyon 640 min 15 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən İraqa kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 1 milyard 7 milyon 730 min 90 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında İraqa kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq, 93 milyon 881 min 47 dollara çatdırıb.

Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından 14 milyon 257 min 644 ton kimyəvi məhsul daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 950 min 30 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 13 milyon 307 min 614 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından tranzit olaraq kimyəvi məhsul 40 min 181 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 955 ton yük qəbul edib.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Fransaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq, 202 milyon 886 min 27 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Fransaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36 faiz azalaraq,14 milyon 455 min 32 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 15 milyard 38 milyon 404 min dollara bərabər olub.